...

Qaxda yol polisi reyd zamanı 15 sürücünü cərimələyib (FOTO)

Cəmiyyət Materials 19 Aprel 2022 20:34 (UTC +04:00)
Qaxda yol polisi reyd zamanı 15 sürücünü cərimələyib (FOTO)

Bakı. Trend:

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətin intensiv olduğu küçə və yollarda reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, reyd zamanı 60-dək avtomobil saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin avtomobillərin sahibləri ilə yol polisi əməkdaşları izahedici söhbətlər aparıb və standartlara cavab verməyən 15 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati qaydada tədbir görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti