...

Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən FIG Dünya Kubokunda gürzələrlə çıxışdan ibarət proqramı təqdim ediblər (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2022 18:19 (UTC +04:00)
Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən FIG Dünya Kubokunda gürzələrlə çıxışdan ibarət proqramı təqdim ediblər (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya Kubokunun ikinci yarış günü çərçivəsində azərbaycanlı idmançılar Arzu Cəlilova və Zöhrə Ağamirova gürzlərlə çıxışdan ibarət proqramı yerinə yetiriblər.

Trend xəbər verir ki, gürzlərlə çıxışına görə münsiflər Arzu Cəlilovaya 26.650 xal verib və o, hazırda 17-ci aralıq yeri tutur. Zöhrə Ağamirova 30.400 bal toplayaraq beşinci aralıq pillədə qərarlaşıb.

Arzu Cəlilovanın çoxnövçülükdə (halqa, top, lent və gürzlə) göstərdiyi nəticə 119,450 xal olub və hazırda o bu göstərici ilə altıncı yerdədir.

Zöhrə Ağamirovanın dörd proqram üzrə 119.300 bal toplayıb və bu, yeddinci nəticədir.

Qeyd edək ki, aprelin 22-dən 24-dək Bakıda Bədii Gimnastika üzrə Dünya kuboku keçirilir.

Azərbaycanın gimnastika növləri üzrə bu il ev sahibliyi etdiyi 5-ci beynəlxalq yarışda 31 ölkədən 42-si fərdi və 84-ü qrup komandasının (14 qrup) üzvü olmaqla 126 gimnast iştirak edir.

Yarışda ölkəmizi fərdi növdə Arzu Cəlilova və Zöhrə Ağamirova, eləcə də Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinadan ibarət qrup hərəkətləri üzrə komanda təmsil edir.

3 gün ərzində gimnastlar ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaqlar.

Ənənəyə uyğun olaraq, bu kubokda da ən çox icra xalını yığmış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, bu, ölkəmizdə keçirilən bədii gimnastika üzrə 9-cu Dünya kuboku yarışıdır. Xatırladaq ki, paytaxtımız 2005 və 2019-cu illərdə bu növ üzrə dünya çempionatına və 8 Dünya kubokuna ev sahibliyi edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti