...

150-dən çox şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Cəmiyyət Materials 25 Aprel 2022 12:15 (UTC +04:00)
150-dən çox şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində daha 11 peşə üzrə hazırlıq kursuna başlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə,152 işsiz şəxsin cəlb olunduğu kurslar qənnadçı, şirniyyatçı, alətçi – çilingər, dayə, mobil telefonların təmiri ustası, minaaxtaran, bağban və s. peşələr üzrədir.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı, müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait yaradılacaq.

Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək.

Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti