...

Metronun “8 Noyabr” stansiyasında lift işləmir? - AÇIQLAMA

Cəmiyyət Materials 26 Aprel 2022 12:40 (UTC +04:00)
Metronun “8 Noyabr” stansiyasında lift işləmir? - AÇIQLAMA

Bakı. Trend:

Metronun "8 Noyabr” stansiyasında liftlər işlək vəziyyətdədir.

Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov “8 Noyabr” stansiyasında liftlərin işləmədiyinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib.

O qeyd edib ki, hər üç stansiyada yerin üst səviyyəsində olan liftlərdə metropolitenin təhlükəsizliyi baxımından onların istifadə qaydası digər liftlərdən fərqləndirilib.

“Liftlərin fəaliyyətində heç bir problem yoxdur. Bu, təhlükəsizlik baxımından bu formada tənzimlənir. Yerin üst səviyyəsində olduğundan sifarişlə istifadə edilə bilir. Belə ki, 2019-ci ilin mart ayından “Əlçatan metro layihəsi” üzrə zəng, SMS və mobil əlavə vasitəsilə əvvəlcədən sifariş verə bilirlər. Stansiyaya gəliş saatı dəqiqləşdirildikdən sonra sifariş əsasında liftlə enməyə ehtiyac olan sərnişinlər üçün şərait yaradılır. Stansiya daxilində isə liftlərin fəaliyyəti adi qaydadadır, heç bir problem yoxdur”.

Qeyd edək ki, Bakı Metropoliteninin 8 Noyabr” stansiyasının Silahlı Qüvvələrin Baş Klinik Hospitalına tərəf olan çıxışında liftin işləməməsi ilə bağlı sosial şəbəkədə paylaşım edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti