...

"Azərpambıq ASK” MMC aztəminatlı ailələrə bayram sovqatları paylayıb (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2022 17:26 (UTC +04:00)
"Azərpambıq ASK” MMC aztəminatlı ailələrə bayram sovqatları paylayıb (FOTO)

Bakı. Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC tərəfindən xeyriyyə aksiyası keçirilib. Aksiya iştirakçıları müqəddəs Ramazan bayramı münasibətilə Saatlı, Sabirabad, İmişli və Beyləqan rayonları üzrə 200 aztəminatlı ailəyə baş çəkərək, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatları təqdim ediblər.

Bayram sovqatları təqdim olunan ailələr göstərilən diqqət və qayğıya görə Cəmiyyətin nümayəndələrinə təşəkkür ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti