...

Məktəblilər DTX-nin Akademiyasının “Şöhrət” muzeyində olublar (FOTO)

Cəmiyyət Materials 7 May 2022 16:46 (UTC +04:00)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyinin rəhbərliyi və müəllim heyətinin iştirakı ilə şagirdlərin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiyası olub.

Trend xəbər verir ki, məktəblilər əvvəlcə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar. “Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Heydər Əliyevin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatları əks etdirir.

Məktəblilər Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib. “Şöhrət” muzeyinin Ulu Öndərin xatirəsinin əbədiləşdirilməsi, dahi şəxsiyyətin peşəkarlıq irsinin, həyat və fəaliyyətinin öyrənilməsi, onun gələcək nəsillərə çatdırılmasında müstnəsna rolunu qeyd edən 20 nömrəli məktəb-liseyin direktoru Esmira Ağayeva məktəblilər üçün yaradılmış şəraitə görə DTX-nin rəhbərliyinə kollektiv adından təşəkkürünü bildirib.

Qeyd edək ki, DTX-nin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı istifadəyə verilib

Xəbər lenti

Xəbər lenti