...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 15 May 2022 12:51 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında: bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyinin gündüz saatlarından arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-22° isti, Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 1-6° isti, gündüz 5-10° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti