...

İlin ilk Ay tutulması başa çatıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 16 May 2022 08:56 (UTC +04:00)

Bakı. Trend:

Mayın 16-sı saat 08:53-də ilin ilk Ay tutulması başa çatıb.

Trend xəbər verir ki, Ay tutulması mayın 16-sı saat 07:29-da başlayıb və 1 saat 24 dəqiqə davam edib.

Tutulmanın maksimumu saat 08:11-də olub.

İlin ilk tam Ay tutulmasını Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkün olub. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayıb.

XXX

07:36

Mayın 16-da 2022-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb. Bu, tam Ay tutulmasıdır.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə bildirilib ki, tutulma saat 07:29-da başlayıb və saat 08:53-də isə sona çatacaq. Tutulmanın maksimumu saat 08:11-də qeydə alınacaq.

Bu təbiət hadisəsini Şimali və Cənubi Amerika, Avropa, Afrika və Asiyanın bir hissəsindən görmək mümkündür. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün tutulma hadisəsi Azərbaycanda müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti