...

Bu gün Bakının 503 küçəsi yuyulub (FOTO)

Cəmiyyət Materials 21 May 2022 11:55 (UTC +04:00)
Bu gün Bakının 503 küçəsi yuyulub (FOTO)

Bakı. Trend:

Bu gün Bakının 503 küçəsi yuyulub.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yaz mövsümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq bu gün paytaxtda təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib.

Səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 503 əsas küçə və prospektlərin yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib. Daxili iməclikdə Bakı Şəhər İcra Hakimiyyətinin strukturları ilə yanaşı müəssisə, idarə və təşkilatların kollektivləri, fərdi sahibkarlar və özəl sektor nümayəndələri, şəhər sakinləri də yaxından iştirak ediblər.

Paytaxtın bütün rayonlarını əhatə edən belə iməcliklər mütəmadi olaraq davam etdiriləcək və bu işlər öz növbəsində Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti