...

Sürücülərin nəzərinə: Bakıda Azadlıq-Neftçilər prospektinin kəsişməsi bağlanır

Cəmiyyət Materials 23 May 2022 22:36 (UTC +04:00)
Sürücülərin nəzərinə: Bakıda Azadlıq-Neftçilər prospektinin kəsişməsi bağlanır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt Bakıda keçiriləcək 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq işləri çərçivəsində yollarda quraşdırma işləri davam edir.

Bakı Şəhər Halqasından Trend-ə verilən məlumata görə, bununla əlaqədar may ayının 23-ü, saat 23:00-dan etibarən yolun Azadlıq-Neftçilər prospektinin kəsişməsi yarış bitənədək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən Zərifə Əliyeva küçəsini alternativ yol olaraq istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran Prisi 2022-ci il, 10-12 iyun tarixlərində keçiriləcək. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti