...

Azərbaycanda 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Cəmiyyət Materials 25 May 2022 16:32
Azərbaycanda 9 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 969 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 53 nəfərdir.

Ölkədə son sutka ərzində 3 290, hazırkı dövrədək isə 6 880 431 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti