...

Mingəçevir Dövlət Universitetinin startap layihələri “TEKNOFEST Azərbaycan”da təqdim olunur (FOTO)

Cəmiyyət Materials 28 May 2022 06:00
Mingəçevir Dövlət Universitetinin startap layihələri “TEKNOFEST Azərbaycan”da təqdim olunur (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

2022-ci ilin 26 may tarixindən Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində start verilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında Mingəçevir Dövlət Universitetinin (MDU) də startap layihələri təqdim olunur.

Mayın 27-də MDU-nun rektoru Şahin Bayramov festivalda iştirak edib, universitetin startap komandalarının stendləri ilə tanış olub və onlarla xatirə şəkilləri çəkdirib.

Qeyd edək ki, Türkiyədən kənarda ilk dəfə olaraq Azərbaycanda keçirilən qardaş ölkənin ən böyük aviasiya, kosmos və texnologiya festivalının Aqrar texnologiyalar müsabiqəsi və “Smart Qarabağ” hakatonunda MDU 13 tələbə və mentorun daxil olduğu 3 komanda ilə təmsil olunur. “Sevil” komandası “Ağıllı müqəvva - əkin tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova – süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər” komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti