...

16 saylı həbsxanadan bir İran vətəndaşı əfv sərəncamı ilə azadlığa buraxılıb (FOTO)

Cəmiyyət Materials 28 May 2022 11:02 (UTC +04:00)
16 saylı həbsxanadan bir İran vətəndaşı əfv sərəncamı ilə azadlığa buraxılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Trend-in məlumatına görə, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə 3 nəfər məhkuma şamil olunub.

Həmin şəxslər cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Əfv edilən şəxslərdən biri İran vətəndaşı, 2 nəfər isə Azərbaycan vətəndaşıdır.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tərəfindən mayın 27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti