...

Hindistanın Bakıdakı səfirliyi ADU-da mədəniyyət proqramı təşkil edib (FOTO)

Cəmiyyət Materials 31 May 2022 21:08 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Bakıdakı səfirliyi Azərbaycan Dillər Universitetinin (ADU) dəstəyi ilə mayın 31-də ADU-da Bollivud Rəqsləri və Mahnıları mövzusunda mədəniyyət proqramı təşkil edib.

Azərbaycanlı müğənni və rəqqasların heyrətamiz çıxışları hamının, o cümlədən universitet tələbələrinin zövqünü oxşayıb.

Açılış nitqi ilə çıxış edən Hindistan səfiri B. Vanlalvavna ADU-ya göstərdiyi dəstəyə görə və bütün sənətçilərə gözəl çıxışlarına görə təşəkkür edib.

Tədbirdə ADU-nun prorektoru cənab Novruz Məmmədov, ADU-nun Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri cənab Anar Rəhimov və universitetin digər rəsmiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti