...

Mariana Vasileva Gənclər və İdman Nazirliyinin yeni layihəsi haqqında danışıb

Cəmiyyət Materials 5 İyun 2022 19:03 (UTC +04:00)
Mariana Vasileva Gənclər və İdman Nazirliyinin yeni layihəsi haqqında danışıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün təşkil olunan “Gimnastika hamı üçün” tədbiri Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsinin icrasına start verir.

Trend-in məlumatına görə, bu barədə Trend-ə Gənclər və İdman nazirinin müavini Mariana Vasileva Heydər Mərkəzi Parkında təşkil olunan "Gimnastika hamı üçün" tədbirindən əvvəl deyib.

"“Hamı üçün idman” layihəsi çərçivəsində tədbirlər həftəlik keçiriləcək. Gənclər və İdman Nazirliyi layihəyə bir sıra Federasiyaları cəlb edib. Ayın hər həftəsi müxtəlif fənlər üzrə dərslər keçiriləcək. Belə ki, ayın birinci həftəsində “Hamı üçün gimnastika”, ikincisində “Hamı üçün qaçış”, üçüncü həftədə “Sağlam həyat tərzi”, dördüncü həftədə isə “Velosiped yürüşü” təşkil olunacağı planlaşdırılır", - deyə M.Vasileva qeyd edib.

Onun sözlərinə görə, Nazirlik yaşından asılı olmayaraq bütün idmansevərləri layihəyə qoşulmağa dəvət edir:

"Qoy, hətta idmana həvəsi olmayanlar üçün də tədbirlərimiz bu yolda gözəl başlanğıc olsun. Bakılılar və şəhərin qonaqları bilsinlər ki, hər həftə onlar və ailələri, dostları, tanışları idman oynayaraq əylənə bilərlər. Dərslərdə təqdim olunan məşğələlər sadədir, onlar daha çox insanların idmanla məşğul olduqlarını hiss etmələrinə və fəaliyyətlərdən həzz almağa yönəlib ki, bu da daimi məşq üçün zəmin yaradacaq. Gimnastika və yüngül atletika bütün fənlərin əsasını təşkil edən bədən tərbiyəsi və idman fəaliyyətinin əsas növləridir. Bundan əlavə, bir çox insanlar idmanı sevirlər, lakin peşəkar olmadıqları üçün utanırlar və ya sıxılırlar. Amma idman fərqlidir və bu, təkcə peşəkarlar üçün deyil”, - deyə nazir müavini bildirib.

Nazir müavininin sözlərinə görə, “Hamı üçün idman” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunacaq, bundan əlavə, gələcəkdə müxtəlif nominasiyalar üzrə həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur, o cümlədən “Ən gənc iştirakçı”, “Ən gənc iştirakçı” ən yaşlı iştirakçı”, “Daimi iştirakçı” və s.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti