Bakı. Trend:
09 iyun 2022-ci il tarixində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə İçərişəhərin qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.
Bunun bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Trend-ə bildirilib ki, idarə məsələni nəzarət altına götürüb və hazırda lazımi tədbirlər görülməkdədir.
Tezliklə görülən əlavə tədbirlər haqqında ictimaiyyətə geniş məlumat veriləcək.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu kimi məsələni işıqlandıran hər bir kəsə təşəkkürünü bildirir.