...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 15 İyun 2022 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 846 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 304, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza vaksin vurduranların sayı 1 160, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 114 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 748 460, birinci doza peyvəndlərin ümumi sayı 5 351 545, ikinci doza vaksinlərin sayı 4 851 520 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 297 664, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 247 731 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti