...

Peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər - Tural Gəncəliyev

Cəmiyyət Materials 23 İyun 2022 13:16 (UTC +04:00)
Peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər - Tural Gəncəliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər Qarabağda yenidənqurma işlərində iştirak edə biləcəklər.

Trend-in məlumatına görə, bunu “Qarabağa dönüş” təşkilatının rəhbəri, millət vəkili Tural Gəncəliyev “Qarabağımızı birlikdə quraq” layihəsi çərçivəsində Peşə Təhsil Mərkəzində kurslara cəlb olunan qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatların təqdimatı mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, dövlətimiz peşə təhsili üçün də xüsusi vəsait ayırır və bu vəsait məhz peşə təhsilinə verilən önəmin göstəricisidir.

"Peşə təhsili hal-hazırda çox mühümdür. Dövlətimiz tərəfindən təhsilə 4 milyard manat əlavə xərc ayrılıb. Bunun 64 milyon manatı peşə təhsilinin payına düşür. Ümumiyyətlə peşə təhsilinin əhəmiyyəti ondan ibarətdir ki, bu gün Qarabağda yenidənqurma və bərpa işləri həyata keçirilir və peşə təhsilini müvəffəqiyyətlə başa vuran şəxslər məhz bu yenidənqurma işlərində iştirak edə biləcəklər. Çünki Azərbaycana bu gün yüksək peşə təhsili və ixtisas qabiliyyətinə malik şəxslər lazımdır. Ümidvaram ki, qazilərimizin aldıqları peşə təhsili sertifikatları gələcək həyatları, karyeraları üçün çox önəmli bir irəliləyiş olacaq", - deyə T.Gəncəliyev bildirib.

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun şanlı qələbəsindən sonra “Qarabağa dönüş” təşkilatı qazi və müharibə iştirakçılarının, o cümlədən şəhid ailələrinin məşğulluq problemlərinin həlli məsələsinə töhfə vermək üçün “Qarabağımızı birlikdə quraq” layihəsinə start verib.

Layihə çərçivəsində 25 qazi və müharibə iştirakçısı BP-Azərbaycan və Ekvita şirkətlərinin maliyyə dəstəyi ilə Kulane Peşə Təhsil Mərkəzində kurslara cəlb olunublar. 6 ay ərzində qazi və müharibə iştirakçıları sözügedən mərkəzdə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM), həmçinin yükqaldırma üzrə mütəxəssis peşələrinin sirlərini öyrəniblər. Bundan başqa onlara ingilis dili, psixologiya, etik davranış qaydaları tədris olunub. Bu gün kursu bitirən qazi və müharibə iştirakçılarına beynəlxalq sertifikatlar təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti