...

Hazırda paytaxt yollarında vəziyyət necədir?

Cəmiyyət Materials 23 İyun 2022 13:31
Hazırda paytaxt yollarında vəziyyət necədir?

Trend-i buradan izləyin

Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Bakıda avtomobillərin hərəkətində sıxlıq olan əsas küçə və prospektlərin adı açıqlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda sıxlıq müşahidə edilən yollar aşağıdakılardır:

1. Üzeyir Hacıbəyli küçəsində Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər olan hissəsində sıxlıq

2. Ziya Bünyadov prospektinin Ələsgər Qayıbov küçəsi ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərinə qədər olan hissəsində - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

3. Tbilisi prospektində Heydər Əliyev adına İdman Sarayını keçdikdən sonra, Azər Əliyev küçəsi ilə kəsişməyə qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

4. Heydər Əliyev prospektində Bağırov körpüsünün aşağı hissəsindən keçməklə, kənar yolda, şəhər istiqamətində, Heydər Əliyev Mərkəzinin qarşısına doğru sıxlıq

5. 28 May küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

6. Abbasqulu ağa Bakıxanov küçəsində, Zivər bəy Əhmədbəyov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

7. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

8. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti