...

Azərbaycanda 59 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 8 İyul 2022 17:58 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 576 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 310 nəfərdir.

Ölkədə son sutka ərzində 1 870, hazırkı dövrədək isə 6 981 903 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti