...

3-cü ABB Hakatonu uğurla başa çatdı! (FOTO)

Cəmiyyət Materials 27 İyul 2022 17:42 (UTC +04:00)
3-cü ABB Hakatonu uğurla başa çatdı! (FOTO)

Bakı. Trend:

Məlumat üçün bildiririk ki, ABB İnnovasiya Mərkəzi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə 3-cü ABB Hakatonunu (ABB Hackathon 3.0 – Startap Challenge) uğurla həyata keçirib. Hakaton İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2021-ci ildən etibarən həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində təşkil olunub.

Qeyd edək ki, ideya marafonunda iştirak üçün ümumilikdə 257 nəfər müraciət edib, onlardan 187-si müsabiqədə iştirak hüququ qazanıb. Hakaton komandalar arasında müsabiqə formatında təşkil olunmaqla 67 komanda arasında keçirilib. Münsiflər heyətinin yekun qərarına əsasən 25 startap komandası ABB İnnovasiya Mərkəzinin 3-cü İnkubasiya proqramına qəbul edilib. Müvafiq proqram 1 avqust 2022-ci il tarixində start götürəcək. Proqramın ilk pre-inkubasiya mərhələsinin sonunda 1-ci, 2-ci və 3-cü yerin qalibi olacaq komandalar layihələrinin inkişaf etdirilməsi baxımından investisiya əldə edə biləcəklər.

3-cü ABB Hakatonunun əsas istiqamətləri rəqəmsal bankçılıq, nağdsız ödəniş infrastrukturunun inkişafı, köçürmələrin optimallaşdırılması və “ƏDV geri al” xidmətinin inteqrasiyası ilə bağlı olub. Bundan əlavə hakaton çərçivəsində digər istiqamətlərə aid innovativ ideyalar da qəbul edilərək nəzərdən keçirilib.

Hakatonun təşkilində əsas məqsəd ölkəmizdə startap və İKT ekosistemini inkişaf etdirməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti