Bakı. Trend:
Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan
məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan
nəqliyyat sıxlıqları səbəbindən 48 müntəzəm marşrut xətti üzrə 132
avtobusun hərəkət intervalında gecikmələr var.
Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, aşağıdakı
küçə və prospektlərdə gecikmə müşahidə edilir:
1. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 15 - 18 dəqiqə gecikmə müşahidə olunur
2. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 13, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 13 - 16 dəqiqə gecikmə müşahidə olunur.
3. Yusif Səfərov küçəsi - Heydər Əliyev pr istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49,175 N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14 - 18 dəqiqə gecikmə müşahidə olunur.
4. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14 - 18 dəqiqə gecikmə müşahidə olunur.
5. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10 - 13 dəqiqə gecikmə müşahidə olunur.
6. Zabrat şossesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12 - 15 dəqiqə gecikmə müşahidə olunur.
7. Mikayıl Useyinov küçəsi Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8 - 10 dəqiqə gecikmə müşahidə olunur.
8. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küç, Neftçilər prospekti Azneft dairəsi istiqamətində 5, 18, 88, 125, 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 15 - 18 dəqiqə gecikmə müşahidə olunur
9. 3-cü mkr dairəsi istiqamətində Ceyhun Səlimov küçəsi, Rövşən
Cavadov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən
7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211
nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə
10-12 dəqiqədir.
10. Bakı – Sumqayıt şossesində –Bakı Beynəlxalq Avtovağzal
Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva
pr-də və əks istiqamətdə Ekologiya postuna qədər sıxlıq müşahidə
olunur. Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 65,
67, 83, 96, 114A, 114B, 119, 135 N-li müntəzəm marşrut xətlərindəki
avtobuslararası intervallarda 6-9 dəqiqə gecikmə müşahidə
olunur.
11. Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-16 dəqiqəyə gecikmə müşahidə olunur.