...

ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2022 14:53 (UTC +04:00)
ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 12-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin toplantısı keçirilib.

Bu barədə Trend-ə ATAA-dan məlumat verilib.

İclasda ATAA-nın yeni strukturunun yaradılması, Assosiasiyanın postpandemiya dövründə fəaliyyət istiqamətinin qurulması, eləcə də qarşıdakı dövr üçün həyata keçiriləcək planları və strategiyası müzakirə olunub.

Toplantı çərçivəsində, eyni zamanda beynəlxalq tərəfdaşlarla qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi, xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə işgüzar görüşlərin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Assosiasiya ilə turizim şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunan ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın əvvəlki dövrlərdə olduğu kimi gələcəkdə də turizm şirkətlərinin fəaliyyətinə, onların üzləşdiyi çətinliklərin həllinə və turizm bazarında sağlam rəqabətin formalaşmasına dəstək olacaqlarını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti