...

Artıq çəki sonsuzluğa səbəb ola bilərmi? - Dr. Fərid Rəfiyev

Cəmiyyət Materials 30 Dekabr 2023 10:00 (UTC +04:00)
Artıq çəki sonsuzluğa səbəb ola bilərmi? - Dr. Fərid Rəfiyev

Bakı. Trend:

Piylənmə cinsi zəifliyə və sonsuzluğa səbəb olur. Sənayenin inkişaf etməsi eyni zamanda insanların qidalanmasına öz mənfi təsirini göstərməkdədir. Qidalanma tərzindəki dəyişikliklər və fiziki hərəkətlərin azlığı kompleks halda bir araya gəldikdə bütün dünyada olduğu kimi ölkəmizdə də şişmanlıq (artıq çəki) yaranmasına səbəb olmuşdur. Aparılmış araşdırmaların nəticəsi şişmanlığın (artıq çəkili insanarın) 10-40% artdığını bildirir.Artıq çəki əsasən uşaqlara və gənclərimizə də təsir etməyə başlamışdır. Artıq çəki ilə mübarizə aparmaq bir çox xəstəlikəri müalicə etmək deməkdir.Çünki şişmanlıq (artıq çəki) ürək-damar sistemi xəstəlikləri,hipertoniya (yüksək təzyiq),şəkər xəstəliyi,bəzi xərçəng növlərinin,tənəffüs sistemi xəstəliklərinin,sonsuzluğun,erektil disfunksiyanın (impotensiya) və.s yaranmasına səbəb olur.Artıq çəkili kişilərdə normallara nisbətən 3 dəfə çox sonsuzluq şikayəti ( uşaq olmaması) görülür.Artıq çəkili kişilərdə toplanmış piylərdə estrogenlərin ( qadın hormonları) miqdarıının artması erektil disfunksiyaya ( impotensiya) səbəb olur.

12Dünya səhiyyə təşkilatı tərəfindən şişmanlıq (artıq çəki) “Sağlamlığı pozacaq dərəcədə orqanizmdə anormal vəya hədsiz çox yağ toplanması” olaraq qiymətləndirilir. Yetkin kişidə bədən çəkisinin 15-18%,qadınlarda isə 20-25%-ni yağ turşuları təşkil edir.Kişilərdə bu rəqəmin 25%,qadınlarda isə 30%-ə qədəq artması obezite (artıq çəki-şişmanlıq) sayılır. Bədəndəki toplanmış yağın miqdarından çox onun bədənin hansı nahiyələrində toplanması daha çox önəmlidir.Bənəddə piylərin hansı nahiyələrdə yerləşməsi genetik olaraq kişi və qadınlarda fərqlidir. Kişilərdə yağlar əsasən göbək,qarında və dəri altında,qadınlarda isə gluteus ilə femurlar üzərində yerləşməkdədir. Bu vəziyyəti müəyyən etmək üçün bel/qalça nistətindən istifadə edilir.Dünya səhiyyə təşkiltına görə bel/qalça nisbəti qadınlarda 0,85,kişilərdə isə 1,0-dən böyüksə bu halda artıq çəki (piylənmə) olaraq qəbul edilir. Bu zaman diabet (şəkər xəstəliyi),hipertoniya (yüksək təzyiq),ürəyin işemik xəstəliklərinin yaranma risqi artmaqdadır. Bel çevrəsinin kişilərdə 102 sm,qadınlarda isə 88 sm-dən böyük olması halı da adı çəkilən xəstəliklərin artmasına şərait yaradır.

Müəllif: Op.Dr.Farid.Rafiev

https://www.facebook.com/Op.Dr.Farid.Rafiev

https://www.facebook.com/drrafievfarid

https://www.instagram.com/drfaridrafiev/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti