...

Bakıda “BEST OF INDIA” - ən böyük eksklüziv Hindistan sərgisi açılıb (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2022 12:47 (UTC +04:00)
Bakıda “BEST OF INDIA” - ən böyük eksklüziv Hindistan sərgisi açılıb (FOTO)

Bakı. Trend:

02 sentyabr 2022-ci il tarixində Bakıda sayca 9-cu “BEST OF INDIA” – Hindistanın ən böyük eksklüziv moda və həyat tərzi sərgisinin rəsmi açılışı baş tutub. Sərgini rəsmi olaraq Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar, Hindistan İxrac Təşkilatları Federasiyasının rəsmisi cənab Qaurav Qupta, Hindistan Mikro, Kiçik və Orta Müəssisələr Nazirliyinin Milli İdarə Heyətinin üzvü cənab Racniş Qoenka və “ANM Exhibitions” şirkətinin sədri cənab Anil Mehta açıq elan ediblər. Sərgi M. Hüseynov küçəsi 26A (köhnə Neftçilər prospekti) ünvanıda yerləşən Bakı İdman Sarayında keçirilir.

Müvəqqəti işlər vəkili cənab Vinay Kumar salamlama nitqində bu tədbirin Hindistan Səfirliyi tərəfindən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün təşkil edilən çox saylı tədbirlərdən biri olduğunu vurğulayıb. O, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dostluq əlaqələrini vurğulayaraq, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu və belə tədbirlərin təşkilinin bu cür imkanların təşviqi və iki ölkə arasında iqtisadi əlaqələrin artırılması baxımından çox vacib olduğunu vurğulayıb.

02-12 sentyabr 2022-ci il tarixlərində keçirilən 11 günlük sərgi ərzində 60-dan çox Hindistan şirkəti düyü, çay, ədviyyatlar, hədiyyəlik əşyalar, əl işləri, ev mebelləri, tekstil məmulatları və geyimlər, zərgərlik və kosmetika məmulatları daxil olmaqla yüksək keyfiyyətli mal və xidmətlərini nümayiş etdirir. Ziyarətçilər həmçinin 03 və 04 sentyabr 2022-ci il tarixlərində saat 13:00 və 16:00-da canlı moda nümayişlərindən həzz ala bilərlər. Sərgiyə giriş pulsuzdur.

Çox sayda ziyarətçi orijinal hind çayını dadmaq üçün sərgi zalında Səfirliyin stendinə gəlirlər. Tədbir zalındakı böyük LED ekranda isə ziyarətçilər Hindistan turizmi, mədəniyyəti və investisiya imkanları haqqında videoçarxları Azərbaycan dilində subtitrlərlə izləyə bilərlər. Tədbirdə Bollivud mahnılarının müşaiyətilə ifa olunan ənənəvi hind rəqsləri və xına (Mehndi) stendləri ziyarətçiləri valeh edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti