...

Yeni qaydalarla əlillik müddətləri necə təyin edilir?

Cəmiyyət Materials 6 Sentyabr 2022 12:31 (UTC +04:00)
Yeni qaydalarla əlillik müddətləri necə təyin edilir?
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əvvəlki dövrdən fərqli olaraq, yeni qaydalara əsasən, əlillik bir il, iki il, beş il və müddətsiz təyin olunur.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Mətanət Məmmədova "Sosial saat"da deyib.

O qeyd edib ki, əlillik müddəti xəstəliyin xüsusiyyətlərindən asılı olaraq, orqanizmin funksiyasının pozulmasının faizini nəzərə alaraq təyin olunur. “Yəni xəstəliyin xüsusiyyətlərinin hər biri nəzərə alınaraq əlillik müddətləri tətbiq olunur”, - deyə o qeyd edib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun 1-dən qüvvəyə minib. Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən edilir. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti