...

Elnur Rzayev Vətən müharibəsi iştirakçısının evində olub (FOTO)

Cəmiyyət Materials 6 Sentyabr 2022 13:58 (UTC +04:00)
Elnur Rzayev Vətən müharibəsi iştirakçısının evində olub (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Vətən müharibəsi qazisi Asalıyev Vüqar Heydərəli oğlunu evində ziyarət edib.

Elnur Rzayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin şanlı səhifələrindən biri olduğunu vurğulayıb.

İcra başçısı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələrinə, eləcə də döyüşlər zamanı yaralanan qazilərə göstərilən dövlət qayğısından danışıb. Onların mənzil, məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Vətən müharibəsinin qazisi cəbhə təəssüratlarından, əsgər və zabitlərimizin keçdiyi şərəfli döyüş yolundan söz açıb.

Asalıyevlər ailəsi göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Vüqar Asalıyev 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığa görə “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti