Bakı. Trend:
Müəllimlərin işə qəbul (MİQ) imtahanlarından keçmiş və 5 il təcrübəsi olan müəllimlər yaxın günlərdə sertifikatlaşdırmaya cəlb ediləcək.
Trend-in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir qeyd edib ki, həmin müəllimlər işlədikləri rayonlarda imtahan verəcək və imtahandan uğurla keçənlər maaşlarına əlavələr alacaq.
“Bu, təxminən, 300-dən artıq şəxs deməkdir. Əminəm ki, həmin müəllimlərin 50 faizdən çoxu 51 baldan yüksək nəticə göstərəcək. Ümumilikdə sertifikatlaşmadan keçən müəllimlərin sayı artacaq”, - deyə E.Əmrullayev əlavə edib.