...

Məktəb ləvazimatları neçəyədir? - Qiymətlər

Cəmiyyət Materials 13 Sentyabr 2022 12:24 (UTC +04:00)
Məktəb ləvazimatları neçəyədir? - Qiymətlər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilinin başlanmasına 2 gün qalıb. Şagirdlər 3 aylıq tətildən sonra məktəbə hazırlaşır, valideynlər isə məktəb üçün alış-veriş edirlər. Bəs şagird ləvazimatları satılan mağazalarda qiymətlər necədir?

Trend-in əməkdaşı paytaxtda yerləşən məktəbli ləvazimatları mağazasında olub, qiymətlərlə maraqlanıb.

Satıcıların sözlərinə görə, bu il əsasən kağız məmulatlarında qiymət 15-20 qəpik artıb. Bunun da əsas səbəbi odur ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində həmin ölkələrdən gələn kağız materiallarının qiyməti artıb. Digər ləvazimatların daşınma xərci də cüzi artıb.

Məktəb alış-verişi deyilən kimi ağıla ilk çanta gəlir. Çantaların qiyməti keyfiyyətindən, harada istehsal olunmasından asılı olaraq 15-55 manat arasında dəyişir.

Beləliklə əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

Çanta: 15-55 manat

Dəftər: 40 qəpik - 2 manat

Sadə karandaşlar: 10 qəpik -1,80 manat

Rəsm albomları: 1-4 manat

Dəftər-kitab üzlükləri: 20 qəpik

Sadə qələmlər: 10-30 qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 1 - 8 manat

Pozan: 20-50 qəpik

Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik

Xətkeş: 20 qəpik -2,40 manat

Plastilin: 1- 4,40 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 - 3,6 manat

Reklamınızı SmartBee ilə effektiv edin.
Ads by
5
Reklamınızı SmartBee ilə effektiv edin.

Məktəbli forması: Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunur.

Qeyd edək ki, müxtəlif siniflər üzrə ləvazimatlarla bağlı tələblər arta bilər. Satıcılar qeyd edib ki, məktəb vaxtına kimi qiymətlərin artması gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti