...

Regional Enerji Təhlükəsizliyi Simpoziumu işə başlayıb (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2022 11:28 (UTC +04:00)
Regional Enerji Təhlükəsizliyi Simpoziumu işə başlayıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 19-u ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, ABŞ Hərbi Donanma Qüvvələri Ali Məktəbinin Enerji məsələləri üzrə Akademik Qrupu, NATO Enerji Təhlükəsizliyi Mərkəzi, “bp Azerbaijan” və SOCAR-ın birgə tərəfdaşlığı ilə "Regional Enerji Təhlükəsizliyi Simpoziumu 2022 – Regional Əməkdaşlıq: Qafqaz və Mərkəzi Asiya" öz fəaliyətinə başlayıb.

Tədbirdə ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şaffer və həmin Məktəbin Enerji məsələləri üzrə Akademik Qrupunun direktor müavini Alan Hovard açılış nitqi ilə çıxış ediblər.

Daha sonra Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Sultanov, SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov və “bp Azerbaijan”nın Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli məruzə ilə çıxış ediblər.

Simpoziumun birinci günündə ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndələri Alan Hovard və Brenda Şaffer mühazirə ilə çıxış edərək enerji geosiyasəti və təhlükəsizliyi, həmçinin bu istiqamətdə əsas təhdidlərdən bəhs edən təqdimatlar ediblər. Bundan əlavə, sözügedən Ali Məktəbin nümayəndəsi Çarlz Cey Linin rəhbərliyi ilə qrup işi aparılıb.

3 gün davam edəcək Simpoziumda “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov, NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzindən Ceyhun Türe, Türkiyənin Energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar, SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və onun müavini Vitali Bəylərbəyov, habelə ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin və SOCAR-ın digər səlahiyyətli nümayəndələri çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan, Türkiyə və Mərkəzi Asiya dövlətlərini təmsil edən rəsmi qurumların yüksək səlahiyyətli əməkdaşlarını bir araya gətirən Simpoziumun əsas məqsədi regional və idarələrarası koordinasiya, eləcə də dövlət-özəl tərəfdaşlığı vasitəsilə regional enerji təhlükəsizliyi barədə məlumatlılığın artırılması və bu istiqamətdə əməkdaşlıqda davamlılığın gücləndilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti