...

Azərbaycanın Gürcüstandakı səfiri Tbilisidə keçirilən marafonda iştirak edən azərbaycanlı atletlərlə görüşüb

Cəmiyyət Materials 25 Sentyabr 2022 23:25 (UTC +04:00)
Azərbaycanın Gürcüstandakı səfiri Tbilisidə keçirilən marafonda iştirak edən azərbaycanlı atletlərlə görüşüb

Bakı. Trend:

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən beynəlxalq xeyriyyə marafonunda iştirak edən azərbaycanlı atletlərlə görüşüb.

Trend xəbər verir ki, çıxış edən səfir dünyada idmana marağın artdığını qeyd edib.

Bildirib ki, marafon çoxluğun maraq göstərdiyi idman yarışlarından biridir.

F.Quliyev Azərbaycanda idmana dövlət qayğısından danışıb, atletlərimizin Tbilisidə keçirilən marafonda iştirakına göstərilən dəstəyin buna parlaq nümunə olduğunu vurğulayıb.

Diplomat səfirliyin təşəbbüsü ilə Tbilisidə təşkil olunan marafon, futbol, voleybol yarışları, şahmat turnirləri barədə ətraflı məlumat verib. Bildirib ki, 2021-ci ilin oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş marafonda Gürcüstan, Azərbaycan, Rusiya və digər ölkələrdən atletlər iştirak ediblər.

Səfirlik bu cür yarışların ənənəvi olaraq keçirilməsində qərarlıdır və bunun üçün layihələr hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti