...

Edillidə ermənilərin törətdiyi vəhşilik Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Cəmiyyət Materials 7 Oktyabr 2022 13:27 (UTC +04:00)
Edillidə ermənilərin törətdiyi vəhşilik Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Bakı. Trend:

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanmış kütləvi məzarlıq barədə məlumatlar Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Trend-in məlumatına görə, Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyindən bildiriblər ki, bu ölkənin aparıcı xəbər agentlikləri Edillidə aşkar edilmiş kütləvi məzarlıqda yatanların birinci Qarabağ savaşında ermənilər tərəfindən qətl edilən Azərbaycan əsgərləri olduqlarını bildirib və 1990-cı illərin əvvəllərindən itkin düşmüş daha 4000 min nəfər günahsız soydaşımızın olduğu, həmçinin Ermənistanın onların tapılmasında əməkdaşlıqdan imtina etdiyi barədə məlumatlar yayıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən bu ilin fevral ayından etibarən Edilli kəndindəki kütləvi məzarlıqdan 25 nəfərin nəşinin aşkar edildiyi açıqlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti