...

Gələn il Azərbaycanda icbari tibbi sığorta üçün 1,2 milyard manatdan çox vəsait xərclənəcək

Cəmiyyət Materials 25 Oktyabr 2022 11:30 (UTC +04:00)
Gələn il Azərbaycanda icbari tibbi sığorta üçün 1,2 milyard manatdan çox vəsait xərclənəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il Azərbaycanda icbari tibbi sığorta fonduna ayrılacaq vəsait açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Qeyd edilib ki, gələn il tibbi sığorta fonduna 1 263 820 170,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

Qeyd edək ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti