...

Azərbaycanda son sutkada 64 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb

Cəmiyyət Materials 25 Oktyabr 2022 19:07 (UTC +04:00)
Azərbaycanda son sutkada 64 nəfər COVID-19-a yoluxub, 3 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9 940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.

Ölkədə son sutka ərzində 2 483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti