...

“Baksol” yolunun 1400 metrlik hissəsində təmir işləri aparılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 10 Noyabr 2022 13:46 (UTC +04:00)
“Baksol” yolunun 1400 metrlik hissəsində təmir işləri aparılıb (FOTO/VİDEO)

Bakı. Trend:

“İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol” yolu adlanan avtomobil yolunun 1400 metrlik hissəsində yeni asfalt-beton örtüyünün döşənməsi və yolun hər iki tərəfində səkilərin tikintisi yekunlaşıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə təmir işləri 17.500 kv.m-dən çox sahədə aparılıb.

Qeyd edək ki, adıçəkilən yolun digər hissələrində aparılan təmir işləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti