...

Hepatit xəstələrinə pulsuz dərmanların siyahısının genişləndirilməsi təklif edilir

Cəmiyyət Materials 11 Noyabr 2022 12:08 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hepatit B və Hepatit C xəstələrinə pulsuz verilən dərmanların siyahısının genişləndirilməsini təklif edirik.

Trend-in məlumatına görə, bunu noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman Ombudsman Səbinə Əliyeva deyib.

S.Əliyeva həmçinin təbii fəlakətdən əziyyət çəkən insanlara diqqətin artırılmasını təklif edib. “Ötən dövr ərzində təbii fəlakət nəticəsində evləri dağılan insanlar var ki, hələ də növbə gözləyirlər, eyni zamanda hərbi qulluqçulara verilən çörək pulu əvəzində aylıq pul kompensasiyasının artırılmasını təklif edirəm”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti