...

İdman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq ediləcək

Cəmiyyət Materials 18 Noyabr 2022 12:30 (UTC +04:00)
İdman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İdman yarışlarının qaliblərinə vergi güzəştləri tətbiq ediləcək.

Trend-in xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manata qədər hissəsi gəlir vergisindən azad ediləcək.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti