Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Osman Xaliyev Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Bu barədə Trend-ə Fonddan bildirilib.
Qeyd edək ki, Osman Xaliyev 2020-ci ilin noyabrında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri, 2021-ci ilin iyun ayının 1-dən isə İdarə Heyəti sədrinin müavini təyin olunub. Eyni zamanda, 2021-ci ilin avqust ayının 13-dən İdarə Heyətinin sədrinin vəzifələrini icra edib.