Bakı. Trend:
24-26 noyabr tarixlərində Binəqədi rayonu, "Baksol" yolunda aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, bu səbəbdən 71 nömrəli marşrutun fəaliyyəti tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq Koroğlu NMM - "Baksol" yolu (məhdudiyyət tətbiq edilən hissəyə qədər) istiqamətində təşkil ediləcək.