...

Baş Prokurorluğun iki vəzifəli şəxsi təqaüdə göndərildi

Cəmiyyət Materials 28 Noyabr 2022 15:35 (UTC +04:00)
Baş Prokurorluğun iki vəzifəli şəxsi təqaüdə göndərildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın son yaş həddinə çatmış Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Zeynalov Rauf Nurəddin oğlu və Dövlət ittihamının müdafiəsi idarəsində şöbənin böyük prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunu qulluq keçmələrinə xitam verilib.

Bu barədə Trend-ə Baş Ptrokurorluqdan məlumat verilib.

Məlumatda bildirilir ki, bununla əlaqədar Baş prokuror Kamran Əliyev həmin şəxsləri Baş Prokurorluğun inzibati binasında qəbul edib, Rauf Zeynalov “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, Müstəcəb Əliyev isə “Prokurorluğun fəxri işçisi” döş nişanı ilə təltif etmiş və onlara hədiyyələr təqdim edib.

Görüşdə tədbir iştirakçıları xatirələrini bölüşüb səmimi söhbətlər etmiş və sonda xatirə şəkilləri çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti