...

Azərbaycana şəxsi səfər üçün verilən giriş vizasının əhatə dairəsi genişləndirilir

Cəmiyyət Materials 30 Noyabr 2022 16:10 (UTC +04:00)
Azərbaycana şəxsi səfər üçün verilən giriş vizasının əhatə dairəsi genişləndirilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana şəxsi səfər məqsədilə verilən giriş vizasının əhatə dairəsi genişləndirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, şəxsi səfər vizası Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin, Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazəsi olan əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin (yalnız həmin əməkçi miqrantın və ya təhsil alan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ailə üzvləri üçün) Ələt iqtisadi zonası hüquqi şəxslərinin təsisçilərinin, işçilərinin və ya həmin zonada müvəqqəti yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin notarial qaydada təsdiq edilmiş dəvət məktubu əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti