...

"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib (FOTO)

Cəmiyyət Materials 2 Dekabr 2022 20:16 (UTC +04:00)
"Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin növbəti iclası keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Dekabrın 2-də "Yüksəliş" Təşkilat Komitəsinin növbəti iclası keçirilib. İclasda Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Heydər Əliyev Mərkəzinin direktorunun I müavini Adil Kərimli, millət vəkili Ülvi Quliyev, Xarici İşlər nazirinin müavini Elnur Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balakişi Qasımov və “Yüksəliş” müsabiqəsi İşçi qrupunun rəhbəri, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev iştirak ediblər.

İclasda birinci “Yüksəliş” Müsabiqəsi qaliblərinin mentorluq proqramının nəticələri və ikinci “Yüksəliş” müsabiqəsinin qarşıda duran mentorluq proqramı geniş müzakirə edilib. İşçi qrup tərəfindən hər iki müsabiqənin nəticələrinin təhlili əsasında hazırlanmış yeni təkliflər komitə üzvlərinə təqdim olunub.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. 2021-ci ildə yekunlaşan ilk müsabiqənin 27 qalibi müəyyən edilib. 2022-ci ildə isə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ikinci müsabiqə baş tutub. İyul ayında başa çatan ikinci müsabiqədə 22 qalib müəyyənləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti