Bakı. Trend:
Kliniki Tibbi Mərkəzdə həkimlərin əməkhaqqısı 2019-cu illə müqayisədə 10 dəfəyə yaxın artıb.
Trend-in məlumatına görə, bunu bu gün Kliniki Tibbi Mərkəzə mediatur zamanı mərkəz rəhbəri Könül Ələkbərov deyib.
O bildirib ki, 2019-cu ildə Kliniki Tibbi Mərkəzdə həkimlərin əməkhaqqısı 375 manat olub. Hazırda bu məbləğ 2 min 26 manatdır.
"Tibb bacılarının əməkhaqqısı 2019-cu ildə 258 manat olduğu halda, hazırda həmin şəxslərin aylıq maaşı 596 manatdır. Həmçinin, kiçik tibb heyəti işçilərinin aylıq əməkhaqqı 2019-cu ildə 209 manat olduğu halda, hazırda bu rəqəm 488 manatdır", - K.Ələkbərov bildirib.