...

Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

Cəmiyyət Materials 6 Dekabr 2022 10:21 (UTC +04:00)
Dövlət Məşğulluq Agentliyi daha 5 istiqamət üzrə peşə kursuna qəbul elan edir

Trend-i buradan izləyin

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti peşə kursları üçün qəbul aparılır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, elektrik qaz qaynaqçısı, qazanxana maşinisti, lift üzrə elektromexanik, qaz qaynaqçısı, əl elektrik qaynaqçısı istiqamətləri üzrə təşkil olunacaq kurslara 20-40 yaş aralığında, minimum orta təhsilli şəxslər müraciət edə bilərlər.

Kursun müddəti 1 aydır və "İndustrial Support Training Services Əlavə Təhsil Mərkəzi" MMC ilə birgə əməkdaşlıq çərçivəsində keçiriləcək. Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursları müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Qeyd edilən istiqamətlər üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Müraciət edən şəxslərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti