...

Elnur Rzayev Pirquluoba kəndində sakinlərlə görüşüb (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2022 13:58 (UTC +04:00)
Elnur Rzayev Pirquluoba kəndində sakinlərlə görüşüb (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Pirquluoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsinə daxil olan Pirquluoba, Qoçaqlı, Hacımmədoba və Yeni Sudur kəndlərinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarında sahilbərkitmə işlərinin aparılması, subsidyaların verilməsi və örüş sahələrinin ayrılması ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti