...

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib

Hadisə Materials 19 Dekabr 2025 11:03 (UTC +04:00)
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Trend-in məlumatına görə, Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "BMW" markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti