...

Azərbaycanda COVID-19 əleyhinə vaksin olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 17 Dekabr 2022 16:35 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə vaksin olunanların sayı açıqlanıb

Bakı. Trend:

Dekabrın 17-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 501 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 176, ikinci doza vaksinlərin sayı 65, üç və daha çox doza vaksinlərin sayı 228, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 32-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 927 min 626, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 394 min 553, ikinci mərhələ üzrə 4 milyon 874 min 955, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 393 min 757, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 361-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti