...

Gələn ildən kəndlərdəki həkim məntəqələri ilə bağlı yeni layihənin tətbiqinə başlanılacaq

Cəmiyyət Materials 20 Dekabr 2022 12:27 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in tabeçiliyində olan tibb müəssisələrində çox sayda ailə tibb mərkəzləri, kənd tibb və kənd həkim məntəqələri mövcuddur. Onların hazırda xəritəsi hazırlanır və bu proses bitmək üzrədir.

Trend-in məlumatına görə, bunu bu gün TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, həmin tibb müəssisələrinin şəraiti, əhaliyə göstəriləcək xidmətin səviyyəsini artırmaq üçün onlarla bağlı layihələr hazırdır: “Ailə sağlamlıq mərkəzləri, kənd tibb və kənd həkim məntəqələrinin yenidən qurulması, orada həkim, orta tibb işçisinin yerləşdirilməsi, onların fəaliyyətinin təmin olunması ilə bağlı layihələr artıq hazırlanıb. Bunların gələn ildən tətbiqinə başlanılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti