...

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 23 Dekabr 2022 10:34 (UTC +04:00)
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

Bakı. Trend:

2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə,bBu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.

Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti