...

Sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib - Nazirlik

Cəmiyyət Materials 24 Dekabr 2022 12:15 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu genişmiqyaslı sosial dəstək tədbirləri 121 min şəxsi əhatə edib, onlara dəstək yönümlü 260 min xidmət göstərilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, 102 min şəxsə 114 min sosial ödəniş təyin olunub, 16,7 min şəxs üzrə birdəfəlik ödəmə, 2,8 min şəxsə sığorta ödənişi verilib, təqaüd və müavinətlər orta hesabla 60 faiz artırılıb.

11 min şəxsə 36 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. 1 766 şəxs 30 min reabilitasiya vasitəsi, 379 şəxs 394 son nəsil müasir protezlə təmin olunub. 16,4 min şəxs aktiv məşğulluq, o cümlədən 9,4 min şəxs özünüməşğulluq proqramlarına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzlərində 70 minə yaxın şəxsə xidmətlər göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti